Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |    

Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər

Yeddi yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə "Real Madrid"in uşaqlardan ibarət futbol akademiyasına qəbul oluna bilər.

Bu barədə Oxu.Az-a açıqlamasında Telman Əhmədzadənin müəllimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

O, tələbəsinin "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasında çıxış etmək şansını dəyərləndirib:

"Telman və ailəsi Fransada yaşayıblar. Atası ilə yaxın dost olmuşuq. Onlar bu il yayda Azərbaycana gəldilər və atası məndən oğlunu "Real Madrid" klubunun seçmə mərhələsinə hazırlaşdırmağımı istədi. İki ay ərzində məşqlər keçdik və indi bəhrəsini görürük. Həmin bu müddət ərzində "Qarabağ" və digər klublarımızın da seçmə mərhələsində iştirak edib seçilsə də, "Real Madrid"də oynamaq istədiyini dedi".


"Sol ayaqla oynadığı üçün meydana çıxdığı görüşlərdə fərqlənməyi bacardı. Bu da məşqçilərin diqqət mərkəzinə düşməsinə səbəb oldu. "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasının seçmə mərhələsində də 36 uşaq arasında birinci oldu. Bu akademiyaya qəbul üçün birinci seçmə mərhələdir. İkinci mərhələ isə may ayında keçiriləcək. Orada da yaxşı nəticə əldə edərsə, Azərbaycanın "Real Madrid" klubunda çıxış edən ilk futbolçusu olacaq. Bu isə bizim üçün qürurvericidir", - deyə R.Əmircanov əlavə edib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 15.11.24 17:04