Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |    

Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ

Son günlər Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan öskürək, burun axıntısı və boğaz ağrısı kimi simptomlarla müşahidə olunan kəskin respirator virus infeksiyaları narahatlıq doğurur.

Məlum virusa azyaşlılar daha tez yoluxsa da, böyüklər arasında iş yerlərində virusun sürətlə yayılması müşahidə olunur.

Virus əsasən qış aylarına xas olan mövsümi qrip və kəskin respirator infeksiyaların birləşməsindən ibarətdir və zəif immunitetə malik şəxslərdə daha ağır simptomlar yarada bilər.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirdi ki, adətən payız və qış aylarında müxtəlif respirator infeksiyanın yayılmasını müşahidə edilir: "Qrip, adenavirus, pnevmokok və digər virusların yayılmasını görürük.

Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Covid-19 pandemiyası bitsə də epidemioloji ocaqlar hələ davam edir. Omikron ştammının mutasiya variantları aradan getməyib. Bundan başqa, rotaviruslar enteraviruslar da xeyli geniş yayılıb. Bir neçə ay öncə qızılcanın geniş vüsət aldığı epidemiyanı da müşahidə etdik.

Hesab edirəm ki, epidemioloji vəziyyət xeyli qarışıqdır. Nəzərə almaq lazımdır ki, əhali pandemiyadan çıxıb və immun sistemi də xeyli zəifləmiş durumdadır. Ona görə də birmənalı nəsə demək çətindir. Hər halda xəstəliklər yetərincədir və xüsusilə də hava damcı yoluna yoluxan xəstəliklərdən insanlar özlərini qorumalıdırlar".

Tanınmış infeksionist həmçinin əlavə etdi ki, hazırki durumda xəstələnmiş şəxslər mümkün qədər bayıra çıxmamalıdır:

"Xəstə olan yerlərdə - kollektivdə maska ilə gəzməli, məsafə gözləməli, əllərin dezinfeksiyasına diqqət etməliyik. Yəni bunu biz artıq pandemiya dövründən öyrənmişik. Ona görə hesab edirəm ki, bunlara riayət etmək daha məqsədəuyğun olar.

Xəstələnən şəxslər isə yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli və sağalana qədər yataqda qalmaq daha məqsədəuyğundur. Bundan başqa insanların vitaminli qidaları qəbul etməsi, fiziki aktivliyi artırması, təmiz havada gəzməsi çox vacibdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            189 15.11.24 18:11