İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "EY" şirkətinin dayanıqlılıq üzrə qlobal sədr müavini Emi Breyşio ilə görüşüb.
Median.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:
"Azərbaycanda dayanıqlı iqtisadi artım, enerji keçidi və əməkdaşlığın prioritet istiqamətləri barədə müzakirələr apardıq".