"Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənar qalması hesab edirik ki, yanlış addımdır".
Median.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Azərbaycan iqlim mövzusunda Fransa ilə arasında olan gərgin münasibətləri, fikir ayrılıqlarını bəhanə gətirməyib:
"COP-dan öncə də tədbirlərimiz olub. Qeyri-rəsmi toplanışlar olub, onların hər birində Fransa nümayəndələri dəvət olunub, iştirak ediblər. Komandamız da konstruktiv olaraq onlarla işləyib, danışıqlar aparıblar. Lakin hansısa qərar qəbul edib-etməmək onların öz seçimidir".