ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya səfəri çərçivəsində prezident Volodimir Zelenski və müdafiə naziri Andrey Taranla görüşəcək.
Bu barədə ABŞ Hərbi Departamentinin yaydığı məlumatda deyilir.
Pentaqon qeyd edir ki, bu səfər Ukraynanın Avroatlantik istəklərini irəli aparmaq üçün lazım olan islahatları həyata keçirməkdə əldə etdiyi uğurları müzakirə etmək üçün fürsət olacaq.
Məlumata əsasən, Pentaqon rəhbəri Gürcüstana səfəri zamanı isə baş nazir İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşəcək.