Filippində güclü leysan yağışları ilə müşahidə edilən “Kompasu” tropik qasırğası azı doqquz nəfərin həyatına son qoyub, 11 nəfər itkin düşüb.
Bu barədə Filippinin Milli Fəlakətlərin İdarə Edilməsi Departamenti məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, təbii fəlakət nəticəsində 11 bələdiyyənin ərazisini su basıb, yalnız bu gün səhər saatlarından etibarən sel suları tədricən çəkilməyə başlayıb.