Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |     13:14 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     13:04 AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"  |     12:59 Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib  |     12:57 İranda mədən çökdü: Ölən və yaralananlar var  |     12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |     12:39 Bakının bəzi ərazilərdə bir gün su olmayacaq  |     12:29 Mikayıl Cabbarov Emi Breyşio ilə görüşüb  |     12:22 Bakıda binaların fasadlarında yeni divar rəsmləri peyda oldu  |     12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |    

Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərini açıqlayıb.

Bu barədə Median.Az Türkiyənin "Haber Global" kanalına istinadla xəbər verir.

Nazir bildirib ki, Türkiyə Sinop və Trakya bölgələrində daha iki atom elektrik stansiyası inşa etməklə enerji portfelini daha da gücləndirəcək.

"Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyunun tikintisi sürətlə davam etdiyi vaxt, Sinop və Trakyada planlaşdırılan iki yeni stansiya layihəsi də enerji portfelimizi gücləndirəcək. Ümumi gücü 4,8 giqavat olan Akkuyu AES-in 2028-ci ilin sonuna qədər tam gücü ilə işə düşməsi gözlənilir. Akkuyu ölkənin elektrik ehtiyacının 10 faizini təkbaşına qarşılaya biləcək", - deyə o bildirib.

O, nüvə enerjisinin dünyada təmiz enerji mənbəyi kimi getdikcə daha çox maraq qazandığını vurğulayıb.

"Ötən il Dubayda keçirilən COP28-də 25 ölkə "Nüvə enerjisini üçqat artırma Bəyannaməsi"ni imzalamışdı. Türkiyə olaraq biz də Bakıda davam edən COP29-da bu bəyannaməyə imza atan ölkələr sırasına daxil olduq. Bəyannaməni təsdiqləyən ümumi ölkə sayı da 31-ə çatdı. Bəyannamə texnologiyanın inkişafı, insan potensialının artırılması və maliyyələşdirmə imkanlarının genişləndirilməsinə də xidmət edəcək. Dünyada nüvə enerjisinə maraq artdığı bir vaxtda, 31 ölkədə ümumilikdə 415 nüvə elektrik stansiyası var. Qlobal nüvə gücünün 2050-ci ilə qədər 1 200 giqavata çatdırılması hədəflənir. Bu kontekstdə Türkiyənin 20 giqavatlıq hədəfi regional güc olma baxışı ilə üst-üstə düşür", - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 15.11.24 11:35