ABŞ hökuməti Əfqanıstan vətəndaşlarının təxliyyəsini yenidən başladıb.
ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının Operativ İdarəsinin direktoru general Kori Martinin sözlərinə görə, ölkə sərhədlərindən kənarda 10-15 min təxliyyə edilmiş Əfqanıstan vətəndaşı qalıb. Onların ABŞ-da yerləşdirilməsinə başlanacaq.
Təxliyyə əməliyyatında fasilənin müxtəlif xəstəliklərə qarşı vaksinasiya ilə bağlı olduğu qeyd edilir.