Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir  |     22:43 Süni intellekt insan müdaxiləsi olmadan özlərini kopyalaya bilir (ARAŞDIRMA)  |     22:34 DTX İqbal Əbilovun istintaqını bitirdi - Məhkəmə başlayır  |     22:16 İstanbul hava limanı uçuşları dayandırdı  |     21:58 Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya aldı  |     21:47 Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib  |     21:41 3 vəkilə töhmət verildi, 1 vəkilin fəaliyyəti dayandırıldı  |     21:31 Zelenski Ərdoğana təşəkkür etdi  |     21:25 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb  |     21:11 Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub  |     21:06 Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir  |     21:00 Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq  |     20:54 Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     20:49 Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib  |     20:44 Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib  |     20:37 İranda iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb  |     20:31 Dövlət katibi: Rusiya və ABŞ səfirliklərinin heyətini bərpa etmək barədə razılığa gəlib  |     20:26 NİİM: Zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək  |     20:21 Bakıda Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək  |     20:15 Bakı-Balakən qatarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb  |    

Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülər

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayszekkerin oğlu Fritz fon Vayszekker rəhbərlik etdiyi klinikada məruzə oxuyarkən cinayətkar tərəfindən ölümcül yaralanıb.

Bu barədə “Rundfunk Berlin-Brandenburg” nəşri məlumat verib.

Polisin məlumatına görə, hadisə Berlində Şarlottenburq sarayı yaxınlığında yerləşən Schlosspark klinikasında baş verib. Çıxış zamanı bir kişi Vayszekkerə yaxınlaşaraq, onu bıçaqlayıb.

59 yaşlı həkim aldığı yaralardan həyatını itirib.

Hadisə zamanı caniyə mane olmaq istəyən başqa bir şəxs də yaralanıb.

Hazırda şübhəli şəxs saxlanılıb. Onun cinayətinin motivləri məlum deyil.

Fritz fon Vayszekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi vəzifəsində olub. Onun atası Rixard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 984 20.11.19 14:52