Türkiyədə yaşayan səkkiz yaşlı azərbaycanlının köməyə ehtiyacı var - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |    

Türkiyədə yaşayan səkkiz yaşlı azərbaycanlının köməyə ehtiyacı var - VİDEO

Türkiyədə yaşayan səkkiz yaşlı Azərbaycan vətəndaşı maddi problem səbəbindən məktəbə gedə bilmir.

Bununla bağlı Türkiyə mediasında məlumat dərc edilib.


Bildirilib ki, 34 yaşlı Bahar Beyazhançer 2016-cı ildə Azərbaycandan Türkiyəyə gələrək 52 yaşlı Murad Beyazhançerlə ailə həyatı qurub. O, Türkiyəyə gələn zamanı qızı Şəbnəm Beyazhançeri də özü ilə gətirib. Evlilikdən sonra hamilə olduğu üçün vaxtında İstanbul Miqrasiya İdarəsinə müraciət edə bilməyib və qızı Şəbnəm üçün yaşayış icazəsi almayıb.

2017-ci ildə birinci sinfə getməli olan Şəbnəmin sənədlərində problem yaranıb və ailəyə Miqrasiya İdarəsinə müraciət etmək tövsiyə olunub. İdarəyə müraciət etdikdə isə ailənin Şəbnəmin qeydiyyatı üçün beş min türk lirəsi (təxminən 1500 AZN - red.) ödəməli oldu bildirilib.

Bahar qızının məktəbə getmədiyi üçün hər gün ağladığını deyib:

“2016-cı ildə ailə həyatı qurmaq üçün Türkiyəyə gəldim. Çox şükür, xoşbəxt ailəm və yaxşı həyat yoldaşım var. Lakin qızım məktəbə gedə bilmir. O, 2017-ci ildən bəri burada qanunsuz yaşayır. Hər gün məktəbə getmək üçün ağlayır. Mən də anayam, qəhərimdən boğuluram. Uşağımın məktəbə getməsini istəyirəm”.

O bildirib ki, qızı ilə bağlı sənədin 90 gün müddətində Miqrasiya İdarəsinə verilməli olduğundan xəbərsiz olub:

“İndi Azərbaycana giriş-çıxış etməliyik. Yoldaşımın da maaşı azdır. Xahiş edirəm, uşağımın məktəbə getməsinə yardım etsinlər”.

Şəbnəm isə yaşıdları kimi məktəbə getməyi çox istədiyini bildirib:

“Onlar məni ələ salırlar. Kədərlənirəm. Kaş mən də məktəbə gedə bilərdim”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 476 18.07.19 12:38