Bakıda məktəbli qızı qaçırdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |    

Bakıda məktəbli qızı qaçırdılar

Bakının Nərimanov rayonunda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Median.Az
-ın məlumatına görə, bu barədə Oxu.Az-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 15-də 39 yaşlı V.Qurbanova 17-ci polis bölməsinə müraciət edib. Qadın bildirib ki, qızı, 2004-cü il təvəllüdlü T.Qurbanova Həsən Mirzəyev küçəsində yerləşən evlərinin həyətindən qaçırılıb.

Məktəblini onu çoxdan sevən Əli adlı şəxsin qaçırdığı məlum olub. Hazırda əməliyyatçılar qaçırılan məktəblinin və onu qaçıran gəncin axtarışı ilə məşğuldur.

Maraqlıdır ki, bu, Nərimanov rayonunda son sutka ərzində baş vermiş yeganə analoji hadisə deyil.

Qafqazlıların bu qədim adətinin budəfəki qurbanı 22 yaşlı Lamiyə Bayramova olub. Onu saat dörddə Fətəli Xan Xoyski küçəsindən aparıblar.

Qeyd edək ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, evlilik yaşı 18, istisna hallarda isə 17-dir.

16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq isə cinayət məsuliyyətinə səbəb olur.

Ekspertlər vurğulayırlar ki, bütün qadağalara baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də aktualdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 153 17.07.19 22:20