403 nəfər qidadan zəhərlənib - Son bir ildə » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |    

403 nəfər qidadan zəhərlənib - Son bir ildə

Son bir ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 359 qida zəhərlənməsi halı ilə bağlı şikayət daxil olub. Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən ikisi vəfat edib.

Bunu AQTA sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi nəzarəti sahəsində agentlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla, 277 planlı, 302 plandankənar olmaqla ümumilikdə 579 yoxlama aparılıb:

“390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan beşi şərti cərimə, 22-si xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə olub və 9850 manatlıq şərti cərimə olmaqla, 280 100 manat cərimə tətbiq edilib”.

Q.Təhməzli qeyd edib ki, agentlik tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63 926 fitosanitar sertifikat və icazə sənədi, 20 830 qida təhlükəsizliyi sertifikatı, 12 989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib.

Sədr deyib ki, qurumun səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli ümumilikdə 17 241 müraciət daxil olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 804 09.07.19 13:16