Məhkəmə islahatları niyə ləng gedir? - Əlavə 200 hakim təyinatı olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |    

Məhkəmə islahatları niyə ləng gedir? - Əlavə 200 hakim təyinatı olacaq

Azərbaycanda müxtəlif istiqamətlərdə aparılan islahatlardan daha vacibi məhkəmə-hüquq sistemi sahəsindəki islahatlardır.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Milli Məclisin plenar iclasında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxılması üzrə ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq:

“Bu qanun layihəsi kommersiya çəkişmələrinə baxacaq əlavə 200 hakimin təyinatının təsdiq edilməsini də nəzərdə tutur”.

Millət vəkili məhkəmə-hüquq sistemində islahatlaların ləng şəkildə həyata keçirildiyinə diqqət çəkib:

“Təəssüf ki, Azərbaycanda məhkəmə-hüquq sistemi islahatları çox yavaş gedir. Ən ciddi məsələ kadr islahatları ilə bağlıdır, çünki məhkəmə fəaliyyəti ilə məşğul olan kadrlar müvafiq bilik və bacarığa sahib olmalıdırlar. Məhkəmə-hüquq sistemindəki mövcud ciddi problemlər ölkə əhalisini çox narahat edir”.

V.Əhmədov qeyd edib ki, deputatların məhkəmə-hüquq sistemində aparılan islahatlardan böyük gözləntiləri var:

“Bu sahəyə diqqətin gücləndirilməsini zəruri hesab edirəm. Ölkə əhalisi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsini müsbət qəbul edəcək, islahatlar sahibkarların məhkəmələrə müraciəti üçün şəraiti yüngülləşdirəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.

Dövlət başçısı aprelin 3-də “Mediasiya haqqında” qanunu da təsdiqləyib. Qanun vasitəçinin iştirakı ilə mübahisələrin nizamlanmasının alternativ prosedurlarını tənzimləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 573 09.07.19 13:08