Göyçay sakini Goranboyda körpüdən yıxılıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.
Göyçay sakini, 1971-ci il təvəllüdlü Gülməmmədli Aslan Yolçu oğlu avtomobili ilə hərəkətdə olarkən maşının benzini qurtarıb. O, benzin almaq üçün piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində gedən zaman qaranlıq olduğundan körpüdən yıxılıb. Bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilsə də, onu həyatda saxlamaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.