Bu qız düz 14 ildir uşaq evlərinə və psixi xəstəxanalara gedib gəlir - FOTO
Bu gün sizi Nübar Məmmədova ilə tanış etmək istəyirəm. Cismi kiçik, ürəyi böyük qızla. O düz 14 ildir valideyn himaysindən məhrum uşaqlara, psixiatrik xəstəxanalara əlindən gələn yardıı edir. Bir çox beynəlxalq təşkilatları bu xeyirxah əməlinə cəlb edib, onlarla birlikdə layihələr həyata keçirib.
Median.Az xəbər verir ki, Bizimyol.info-nun qonağı xeyriyyəçi Nübar Məmmədovadır.
"Ürəyimdən çox şey keçir, amma bunun üçün maddi imkanalar lazımdır. Mənim heş bir təşkilatım yoxdur. Bir çox beynəlxalq təkilatlardan yardım almışam. Əsas dəstəkçim Britaniya- Azərbaycan Cəmiyyəti oldu. Onların da yardımı ilə əldə etdiyim maliyyə dəstəyi ilə 1 saylı psrixatriya xəstəxanasının uşaq şöbəsində uşaqlar üçün oyun meydançası qurduq. Uşaqlar özlərini zədələməsin deyə bu oyun meydançasının hazırlanmasına xüsusi diqqət etdik. Eyni zamanda qapalı oyun məkanı da düzəltdik ki, əlverişsiz havalarda içəridə məşğul ola bilsinlər. Böyük maraqla rəsmlər çəkir, əl işləri hazırlayırdılar. Hiss edirsən ki, onların təlimə, məşğuliyyətə böyük ehtiyacları var. Sonra elə həmin xəstəxananın qocalar şöbəsində qocalar üçün istirahət otağı təşkil etdik.",- deyə Nübar danışır. İlk dəfə qonşuluqda yaşayan bir qadının xəstəxanaya yardım aparmasını görməsi ilə başlayıb onun hekayəsi. Valideynlərindən icazə alıb. İlk addımlarını atanda heç ağlına da gəlməyib ki, psixiatrik xəstəxanada dostlar qazanacaq, burda onun yolunu səbirsizliklə gözləyəcək insanlarla tanış olacaq.
Nübar Məmmədova
"Taleyin ora atdığı insanlar var. Ömürləri o divarlar arasında keçənlər. Başqa bir aləm görməyiblər. Onlar üçün gələn hər qonaq, onları arayıb axtaran hər insan ümid qapısı, dost sayılır. Bəzilərini orda unudub gedirlər. Bəzilərini heç gərək olmadan gətirib buralara atıb gedirlər.
Bir oğlan var idi, 9 yaşlı. Sağlam uşaq idi. Atası evləndiyi üçün onu Psixoloji Dispanserə yerləşdirmişdi. Çox ağıllı, zəkalı uşaq idi. Mən onunla tanış olanda anladım ki, uşağın heç bir psixoloji problem yoxdur. Valideyn vicdansılığının qurbanı olmuşdu. UAFA təşkilatından kömək aldım. Bir illik süründürmələr. qapı döymələrdən sonra onun normal uşaq evinə köçürülməsini təmin edə bildik. Bu məni çox xoşbəxt etdi"- Nübar kövrələrək xatırlayır.
Fikrə gedir, yadına daha bir dostu - Olya düşür. "Olya körpəliyindən burda böyüyüb. 35 yaşı var. Gəlib səni yaxınların aparmasa, bu xəstəxandan çıxmaq imkanı yoxdur. Onun da dalınca kimsə gəlməyib. İndi elə 1 saylı Psixiatrik Xəstəxanda işləməyə başlayıb. Uşaqlara baxıcılıq edir. Hərçənd yaşı çox olsa da elə uşaq kimi qalıb. Gördüyü hər kəsə uşaq kimi qucaq açır, öpür oxşayır. Başqalarından görmədiyi sevgini özü verməyə çalışır".
Nübarın dediyinə görə, ən sevdikləri hədiyyə də şirniyyatdır. Böyük bir sevinclə qəbul edirlər, istər uşaqlar, istər böyüklər.
Nübar Məmmədova
Nübar özünə nə arzulayır? Əslində özü üçün heç nə - "İstərdim ki, əlavə bir işim olsun. Ondan gələn qazancı mən öz xeyriyyəçi məqqsədlərim üçün istifadə edim. Daha çox insana kömək edə bilim. Daha böyük formatda işlər görmək istəyərdim. Tezliklə bir layihəyə start veriləcək. O layihə çərçivəsində yenidən ürəyimdən keçən kimi kömək edə biləcəm. O insanların əslində ən çox bizim, bütün cəmiyyətin sevgisinə ehtiyacı var. Mən buna inanıram ki, bu sevgini onlara verə bilsək, hamısı olmasa da böyük əksəriyyəti həyatda öz yerlərini tuta bilər.Buna inanmaq lazımdır"- Nübar belə düşünür. Əslində haqlıdır. Cəmiyyət olaraq hər fərdi fiziki, əqli qüsurlarına görə dışlamadan qəbul etməyi, qucaq açmağı və onlara uyğun şəkildə məşğulluğunu təmin etməyi öyrənsək itirilmiş insanlarımız olmazdı.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!