Prezidentin yeni yaratdığı qurum nə iş görəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |    

Prezidentin yeni yaratdığı qurum nə iş görəcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yeni yaradılan qurumun fəaliyyət istiqamətləri açıqlanıb.

Nazirliyin məlumatına əsasən, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” 4 iyul 2019-cu il tarixli fərmanı respublikamızda əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılmasına şərait yaradacaq.

Fərmana əsasən, iki ay müddətində yaradılması nəzərdə tutulan Observatoriya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlanılmasına xidmət edəcək.

Publik hüquqi şəxs statuslu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən, ölkəmizdə əmək bazarında mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq mükəmməl proqnozlaşdırma sisteminin yaradılmasına xidmət edəcək.

Ölkəmizdə belə bir sistemin qurulması üçün ötən dövrdə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb, həmçinin Avropa Təhsil Fondu ilə davamlı əməkdaşlıq həyata keçirilib.

Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək. Həmçinin strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi, kadr tələbatının proqnozlaşdırılması sahələrində Observatoriya mühüm rol oynayacaq. Bu sahədə işlər, həmçinin “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına öz töhfəsini verəcək.

Eyni zamanda, Observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək. Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozlaşdırmaların həyata keçirilməsi işlərini yerinə yetirəcək, bununla sosial müdafiə sistemində idarəetmənin təkmil əsaslarda qurulması yönündə aparılan islahatların effektli təşkilinə institusional əsaslarda öz dəstəyini göstərəcək.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların həyata keçirilməsində, əmək bazarı və sosial müdafiə proqramlarının səmərəli və məqsədyönlü təşkilində də önəmli rol oynayacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 670 05.07.19 12:09