"Əhalini aldadıb krant suyu satırlar" - ekspert saxta içkilərdən DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |    

"Əhalini aldadıb krant suyu satırlar" - ekspert saxta içkilərdən DANIŞDI

“Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə istehlakçı hüquqları qorunmadığı üçün isə xarici və yerli istehsalçılar bundan sui-istifadə edirlər”.

Bu sözləri Lent.az-ın suallarını cavablayarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, hazırda ölkədə ən çox çirklənmiş seqment olan spirtli içkilərdə həddən artıq saxla mallar mövcuddur:


“İki il bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi böyük istintaq kampaniyası apardı və ən bahalı, brend içkilərin ölkədaxili ərazilərdə butulkalara doldurularaq mağazaya paylanılmasını aşkarladı. Düşünürəm ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) alınaraq DİN-ə verilməlidir. Çünki onlar bu sahədə daha ciddi işləyirlər”.

E.Hüseynov əlavə edib ki, digər içkilərdə də sözügedən problemlər var:

“Məsələn, bizə dünən şikayət gəldi ki, Gəncənin “Şərq” restoranında ölkənin məşhur sularından biri olan içkinin şüşəsinə krant suyu doldurduqdan sonra qapağı dəyişdirilib və hazırda müştərilərə satılır.

Əlavə edim ki, hazırda bazarda çirkənmiş içkilər seqmentində ilk yerdə spirtli, ikinci yerdə qazlı və qazsız içkilər, üçüncü yerdə isə süd məhsulları yer tutur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            998 04.07.19 19:38