Gəncə şəhərindəki ticarət mərkəzlərinin birində bədbəxt hadisə baş verib.
Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, 2013-cü il təvəllüdlü Rüstəmzadə Əli Qədir oğlu hündürlükdən yıxılaraq, ağır xəsarət alıb.
Şəhərdəki xəstəxanalardan birinə çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.