Bakının Qaradağ rayonunun Buta qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, 2002-ci il təvəllüdlü Xəlilov Rəhman İlqar oğlu qarın boşluğundan aldığı iki kəsilmiş-deşilmiş yara ilə 1 saylı Şəhər Klinik Mərkəzə yerləşdirilib.
Xəstə əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.