Ağsu rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
2000-ci il təvəllüdlü Sarızadə Nicat Nizami oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı onurğa-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.