Deputatlar 17 məsələyə baxacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |    

Deputatlar 17 məsələyə baxacaqlar

Milli Məclisin (MM) gələn həftə keçiriləcək iclasının gündəliyi məlum olub.

Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, aprelin 23-də keçiriləcək iclasın gündəliyinə ilkin olaraq 17 məsələ daxil edilib.

Gündəlikdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi var.

Qeyd edək ki, Yayım Şurasının boş qalmış üç yerinə beş nəfərin namizədliyi irəli sürülüb.

Bunlar idman federasiyaları tərəfindən namizədlikləri irəli sürülən Yusif Babanlı ilə Orxan Muxtarov, dini konfessiyalardan namizədliyi verilən Salman Musayev və yaradıcılıq təşkilatlarından namizədlikləri təklif edilən Zemfira Qafarova ilə Cəmilə Həsənovadır.

İclasda müzakirəsi nəzərdə tutulan məsələlər arasında Gənclər Fondunun illik hesabatı, həmçinin, bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 220 16.04.19 14:18