Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |     19:25 Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib  |    

Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asəf Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2024-cü il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlayaraq qətlə yetirilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

İttihama görə, Qənəət Fərmanova ilə Asəf Cəfərzadə qeyri-rəsmi münasibətdə olub. Qətl hadisəsi isə qısqanclıq zəminində baş verib. Bunu Asəf Cəfərzadə məhkəmədə ifadəsində bildirib. Asəfin sözlərinə görə, o, Qənəətlə 2018-ci ildə tanış olub. Onların hər ikisi evli olub boşanıblar. Asəfin də, Qənəətin də əvvəlki evliliyindən iki övladı olub. Hadisənin baş verdiyi gün isə Asəf Qənəətin keçmiş həyat yoldaşı ilə münasibətini öyrənib. Qənəətin etirafı isə Asəfi özündən çıxarıb və mətbəxə gedərək bıçağa əl atıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 24.01.25 14:03