Gəncədə oğul anasına xəsarət yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Gəncədə oğul anasına xəsarət yetirdi

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Amin Babayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Pakizəyə (adlar şərtidir - red.) xəsarət yetirib.

Median.Az
Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhəri, M.Hacıyev küçəsində yerləşən mənzildə baş verib. Amin şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı anası Pakizənin baş nahiyəsindən bir dəfə mobil telefon ilə və sağ qolundan əliylə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Hadisəni törədən Aminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amin ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Pakizə onun anasıdır: "Mən və anam bir ünvanda yaşamağımıza baxmayaraq, aramızdakı münasibətlər normal deyil. Mən əvvəlcə Ukraynaya getmişəm. Orada müharibə olduğu üçün Almaniyaya göndərildim. 1 il əvvəl isə Azərbaycana qayıtdım.

Qayıtdıqdan sonra bir-iki yerdə işləmək istəsəm də, işləyə bilmədim. İndiyədək işsiz qalmışam. Anam ilə münasibətlərimin pis olmasına səbəb kimi onun mənim şəxsi işlərimə qarışmasıdır. Bundan başqa mən anamın hərəkətlərindən təngə gəlmişəm. Bu səbəbdən dəfələrlə aramızda sözlü mübahisələrimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 22 radələrində bacısı Səlimə ilə telefonla danışan zaman anası da evdə olub və o da bacısına görüntülü zəng açmaq istəyib:

"Lakin anama mobil telefonumda meqabaytımın az olduğunu, bu səbəbdən görüntülü danışa bilməyəcəyini dedim. Bundan sonra anam israrla mənə Səlimə ilə görüntülü danışmağını tələb etdi.

Dəfələrlə izah etsəm də, anam təkid edərək, çox danışmaqla məni təngə gətirdi. Bu səbəbdən də əsəbləşərək əlimdə olan mobil telefonu anamın baş nahiyəsinə qəsdən vurdum. Bundan sonra isə anamın sağ qolundun bir dəfə də əlimlə vurdum. Əsəbi halda anamın ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etdim".

Amin bildirib ki, daha sonra anası Pakizə evi tərk edib: "Bir müddət sonra yaşadığım evə polis əməkdaşları gəldi. Məni Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etdilər. Törətdiyim əməldən peşman olmuşam".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Pakizənin sözlərinə görə, Bakı şəhərində yaşayan Səlimə ilə Amin telefonla ünsiyyətdə olan zaman o, qızı ilə görüntülü danışmaq istədiyini bildirib: "Lakin Amin telefonunda internet olmadığı üçün bunun mümkün olmadığını dedi. Aminin internetinin olmamasını eşitmədim və israrla danışmaq istədiyimi bildirdim. Bu zaman Amin anidən əlində olan mobil telefonu baş nahiyəmə atdı. Üzərimə uca səslə qışqıraraq mənimlə mübahisə etməyə başladı. Ancaq bu hadisələrin baş verməsinə özüm səbəb olmuşam. Oğlum Amini hirsləndirdiyim üçün aramızda belə bir mübahisə yarandı. Mən də həmin vaxt əsəbi olduğumdan polis şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin hazırda oğlumu polisə verdiyim üçün peşman olmuşam, onunla barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur".

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 24.01.25 15:56