Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

2020-ci ildə Parisdə "Charlie Hebdo" satirik jurnalının keçmiş redaksiyası qarşısında insanlara hücum edən Pakistan vətəndaşı 30 il müddətinə azadlıqdan məhrum edilib.

Median.Az
AFP agentliyinə istinadən xəbər verir ki, 29 yaşlı pakistanlı terror törətməkdə təqsirli bilinib. Hakimlər onun Fransaya girişinə həmişəlik qadağa qoyulması və terrorçularınn məlumat bazasına salınması barədə qərar qəbul ediblər.

Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də "Charlie Hebdo" jurnalının keçmiş redaksiyası yaxınlığında "Premier Line" agentliyinin iki əməkdaşı bıçaqlı hücuma məruz qalıb və ağır yaralanıb. Hücum edən şəxs günahını etiraf edib və öz hərəkətini jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dəfələrlə dərc etməsi ilə əsaslandırıb.

İstintaq zamanı Pakistandan olan daha 4 nəfər saxlanılıb. Onlar terror aktı törətməkdə ittiham olunaraq mühakimə edilib və 3 ildən 12 ilədək həbs cəzası alıblar. Onların Fransaya təkrar girişi də qadağan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            165 24.01.25 13:56