"MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

"MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi

"eManat” brendi altında özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul qabı/online ödəniş platformasını idarə edən "MPay" Qapalı Səhmdar Cəmiyyəti cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, "MPay" Qapalı Səhmdar Cəmiyyəti barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə protokol tərtib edilib.

"MPay" Qapalı Səhmdar Cəmiyyətinin sədri Mətləb Vəliyev Zaman oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verib.

İşə 05.02.2025-ci il tarixində Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-nin 192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Xatıradaq ki, 2020-ci ildə "Meqa Sığorta” ASC-nin rəhbərliyindən ayrılan Mətləb Vəliyev Zaman oğlunun təmsilçiliyi ilə təsis edilən "MPay” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 2000 manat təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 23.01.25 19:11