DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |    

DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində müvəqqəti sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, problem Rusiya tərəfində sistemdə baş verən texniki nasazlıqla əlaqədar olub.

Belə ki, aprelin 13-ü günün birinci yarısında Rusiya Federasiyasının aidiyyəti gömrük qurumları sistemdəki nasazlıqla əlaqədar malların və yük nəqliyyat vasitələrinin qeydiyyatında bir neçə saatlıq fasilənin yaranacağını bildiriliblər.

Keçən müddət ərzində mütəmadi olaraq qarşı tərəflə danışıqlar aparılıb və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Bu gün saat 16:30-dan etibarən Rusiya tərəfində sistemdə baş verən nasazlıq aradan qaldırılaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilib.

"Samur" gömrük postu vasitəsilə piyadaların və yüngül minik nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi isə gündəlik iş qrafikinə əsasən həyata keçirilir.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 15.04.19 21:20