“Kristal Abşeron” kommunal haqlarını artırdı - sakinlər ayağa qalxdı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |    

“Kristal Abşeron” kommunal haqlarını artırdı - sakinlər ayağa qalxdı (VİDEO)

Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda yaşayan sakinlər kommunal xidmət haqlarının artırılmasından şikayətçidirlər.

"Kristal Abşeron" MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində yerləşən binalarda kommunal xidmətlərlə bağlı qiymətlərdə dəyişiklik edilib və xidmət haqları qaldırılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, bu da həmin binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, əvvəllər mənzilin hər 1 kv/m-ə görə 20 qəpik ödəyirdilərsə, indi bu qiymət 30 qəpiyə qaldırılıb. Yaşayış kompleksində mənzilləri olanlar "Kristal Abşeron" MTK-nın qiymət artımına etiraz ediblər. Onlar bu dəyişikliyin büdcələrinə ciddi təsir göstərdiyini və əlavə problemlər yaratdığını bildiriblər.

Mənzil sahibləri problemlərinin bununla da bitmədiyini, qiymət artımının qarajlara da tətbiq olunduğunu vurğulayıblar. Əvvəllər qaraja görə 30 manat ödəyirdilərsə, bu aydan qiymətin 50 manata qaldırıldığını deyirlər.

“Kristal Abşeron” MTK-nın 6-cı mikrorayon ərazisində olan binalarının komendantı Anar Ələsgərov ONA-ya açıqlamasında bildirib ki, əvvəllər sözügedən binalarda kommunal xidmət haqqı otaq sayına görə hesablanıb:

“Məsələn 1 otağa görə 10 manat, 2 otağa görə 15 manat, 3 otağa görə 20 manat verirdilər. Bu aydan isə sakinlər hər 1 kv/m-ə görə kommunal xidmət haqqı ödəməli olacaqlar. Qaraja gəldikdə isə, əvvəlcədən müqavilə əsasında 30 manat razılaşdırılıb və qiymət dəyişikliyi edilməyib. Bu kompleksdə 400 mənzil var və hər birinə şirkət tərəfindən yüksək xidmət göstərilir. Onların ödədiyi xidmət haqqına zibilin daşınması, blokların işıqlandırılması, təmizlik işlərinin aparılması, liftdən istifadə daxildir. Biz bu barədə sakinlərlə dəfələrlə söhbət etmişik və razılıq əldə etməyə çalışırıq”.

Şirkətin əməkdaşı sakinlərin göstərilən xidmət üçün ödəniş etməkdən imtina etdiklərini də vurğulayıb: “Şirkət rəhbərliyi təklif edir ki, əgər bizim xidmətlərdən imtina edirlərsə, kommunal xidmətlərin idarəçiliyi mənzil sahiblərinə verilə bilər”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 600 12.04.19 18:20