Bakı Avtovağzalının saytında məsafələr niyə çox göstərilib? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |    

Bakı Avtovağzalının saytında məsafələr niyə çox göstərilib? - VİDEO

Bakı Beynəlxalq avtovağzalının rəsmi saytında Bakıdan rayonlara qədər olan məsafə artıq göstərilib. Bakıdan İsmayıllıya olan məsafə 260 km, Bakıdan-Balakənə olan məsafə isə 441 km göstərilib.

Median.Az
Xəzər Tv-yə istinadən məlumat verir ki, gediş haqqıları da bu məsafələrə uyğun olaraq İsmayıllıya 6 manat 20 qəpik, Balakənə isə 10 manat 60 qəpik olaraq hesablanıb.

Halbuki, bu rayonlara bakı-şamaxı-ismayıllı yolu ilə gedilirsə məsafə xeyli qısalır. Məsələn ağsu aşırımından keçməklə bakıdan ismayıllıya qədər olan məsafə 156 km, balakənə isə 330 km-dir. Burada isə 80-100 km-lik fərqin yarandığı, sərnişinlərin buna görə əlavə ödəniş etdiyi məlum olur. Həmçinin saytda aparılan qısa araşdırma zamanı o da aydın olur ki, Bakıdan Qəbələ, oğuz, şəki, qax, zaqatala rayonları arasında olan məsafə də artıq göstərilib.

Bunun səbəbini öyrənmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Xidmətin sektor müdiri Nuridə Allahyarova bildirdi ki, ötən ilin avqust ayından etibarən bəzi regional istiqamətlərdə, xüsusən də ağsu aşırımından keçməklə ismayıllı yolu ilə hərəkət edən marşurut xətlərinin hərəkət sxemi dəyişdirilib. Bu rayonlara gedən avtobusların istiqaməti az risqli, sərnişinlər üçün təhlükəsiz olan kürdəmir yolu ilə seçilib.

Nuridə Allayarova deyir ki, qanuni daşıyıcılar qarşısında bir başa tələbqoyulub ki, bu istiqamətlərdə gedən sərnişinlər kürdəmir yolu ilə daşınsın..Bu istiqamətin dəyişdirilməsi hələlik nəzərdə tutulmur.

Qurum rəsmisi onu da bildirdi ki, bu tələblərə əməl etməyən daşıyıcılar qanun çərçivəsində cəzalandırılacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 460 11.04.19 22:50