Xəbər veridiyimiz kimi, Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.
Median.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işinə başlayıb.
AAYDA 5 saylı MMC-nin sahə rəisi Bilal Sultanov açıqlamasında 8 kəndlə əlaqənin kəsildiyini deyib. Artıq ağır texnika Quba-Xınalıq yolunda təmizləmə işləri aparır. Qeyd edək ki, yolda sürüşmə prosesi aktiv olduğundan qaya parçalarının aşağıya doğru hərəkəti davam edir.