Qadınlar niyə ərini döyür? - Son vaxtların “trend”inə rəsmi reaksiya » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |    

Qadınlar niyə ərini döyür? - Son vaxtların “trend”inə rəsmi reaksiya

“Bakıda qadın ərini döydü, kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi”, “Qadın həyat yoldaşını döyərək öldürdü”... Son vaxtlar bu kimi xəbərlərə tez-tez rast gəlirik.

Kişilərin öz xanımını, sevgilisini döyməsi, öldürməsi hadisəsi isə artıq o qədər eşidilib, o qədər təkrarlanıb ki, bəlkə də insanlar üçün adiləşib.

Oxu.Az-ın əməkdaşı son vaxtlar ailələrdə xüsusən xanımlar tərəfindən zorakılıq hallarının artmasının səbəbini öyrənmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib.

Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Günel Məhərrəmzadə sorğumuza cavab olaraq bildirib ki, gənc ailələrdə ailə münasibətlərinə məsuliyyətsiz yanaşma, həmçinin, patriarxal stereotiplərin hələ də qalması zorakılıq hallarının baş verməsinə zəmin yaradır.

G.Məhərrəmzadə məsələnin yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan ibarət olmadığını diqqətə çatdırıb:

“Ola bilər ki, kişiyə qarşı ailə üzvləri tərəfindən zorakılıq törədilsin və ya qohumluq münasibəti olmayan şəxslər birgə yaşayırlar, onların məişət şəraitləri birgədir və bu zəmində də zorakılıq törədilir və s.

Lakin zorakılıqla bağlı kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır.

Araşdırmalar belə faktların sayının az olduğunu və məsələnin aktual olmadığını göstərir”.

Qurum rəsmisi qeyd edib ki, müvafiq qurumlara müraciətlərin qarşısını alan ən böyük problem psixoloji məqamlardır:

“Əgər baş vermiş zorakılıqla bağlı məlumat verilsə (xüsusilə psixoloji tərəfləri ilə bağlı), bu barədə mütəxəssislərlə danışıb məsələni aradan qaldırmaq olar. Zorakılıq ailə dəyərlərinə, münasibətlərə çətin sağalan zərbə vurur.

Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.

Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir. Bizim məqsədimiz ailədə, məişətdə baş verən zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir”, - deyən G.Məhhərəmzadə əlavə edib.

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə, Azərbaycanda bu cür hallar azdır.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 457 11.04.19 17:58