Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vuraraq öldürüb.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobilin vurduğu kişi piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.
Hazırda ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.