Nazirlik: İqlim dəyişmələri çaylarda su azalmasına səbəb olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 İslam Mahaçevin erməni rəqibi döyüşdən çəkilib  |     16:03 HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı (YENİLƏNİB)  |     15:49 Ukraynadan gətirilən ətlər niyə ucuz satılır? - VİDEO  |     15:10 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     14:47 İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı vəfat edib  |     14:35 İmişlidə DƏHŞƏTLİ QƏZA: DYP avtomobili iki uşağın ölümünə səbəb oldu  |     14:08 Meyvə-tərəvəz bazarında qiymətlər necədir? - VİDEO  |     14:04 Tehranda Ali Məhkəmənin üç hakimi güllələnib, ikisi ölüb  |     14:01 Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?  |     14:00 Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama verirlər - CANLI  |     13:58 İmişlidə dəhşətli qətl: Tələbə saxlanıldı  |     13:55 Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı (YENİLƏNİB)  |     13:52 Metroda səs-küy salan şəxs həbs edildi  |     13:51 Yasamalda istehlaka yararsız ətin satışının QARŞISI ALINDI  |     13:42 Şəkidə fermada ölüm: Gənc özünü asdı  |     13:41 Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər həbs edildi  |     13:40 Gənc oğlan anasıyla yaşayan qızı şantaj etdi, minlərlə manat pulunu aldı  |     13:37 Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı (RƏSMİ)  |     13:31 Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir - VİDEO  |     13:27 "Hamster Kombat" tokeni məşhur kriptovalyuta birjasından silinəcək  |    

Nazirlik: İqlim dəyişmələri çaylarda su azalmasına səbəb olacaq

İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən faiz su azalması müşahidə ediləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin istənilən halda həssas ərazilərə təsiri böyükdür:

“Azərbaycan iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır. Təbii ki, su ehtiyatlarının azalmasına iqlim dəyişmələri təsir göstərir. Gələcəkdə bu öz təsirini göstərə bilər. Amma ölkəmizdə bu sahədə strategiyalar, milli proqramlar qəbul edilib.

İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən faiz su azalması müşahidə ediləcək. Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük”.

Mütəllim Əbdülhəsənov bildirib ki, bu gün suvarmaya istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir:

“Dünyada damcılı, çiləmə suvarmadan istifadəyə keçirilir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Ölkəmizdə suyun 30 faizi daxili çaylar hesabına formalaşır, 70 faizi kənardan çirklənmiş halda gəlir. Biz buna hazır olmalıyıq”.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 783 02.03.19 14:00