Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |     18:21 "Fənərbağça" "Frankfurt"un braziliyalı futbolçusu ilə razılaşdı  |     18:09 Xətai rayonunun bir hissəsində qaz olmayacaq  |     17:54 Kafedə tanışına 17 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA  |     17:39 Məktəbli qız qızdırmadan öldü  |     17:30 Bakıda DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı - FOTO  |     17:08 Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? – AÇIQLAMA  |     17:05 Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb  |     16:55 Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT  |     16:32 Kaliforniya ştatının idman klubları yanğından zərər çəkənlərə maliyyə yardımı edəcəklər  |     16:16 Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar  |    

Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nın təsdiq edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydalara əsasən, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən, gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri verir.

İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

Gəmi sürücülərini hazırlayan Xidmətin əməkdaşları imtahan komissiyasının tərkibinə daxil edilmirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 440 25.09.18 12:34