Bakıda DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Bakıda DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı - FOTO

Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu, 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın əlaqələrindən şübhələnib.

O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirib.

M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib.

Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli "Cherry Arrizo 7" markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib.

Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlib.

Bu məqsədlə G.Əkbərovaya məxsus həmin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və yazılı mesajlar ataraq Günayı öldürəcəyini bildirib.

S.Nəcəfov isə Mustafaya zəng edərək səbirli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman G.Əkbərovanı da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib.

Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə, avtomobilin qapılarını mərkəzi kilid vasitəsi ilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb.

Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb.

Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Ələkbərova ölüb.

Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 14.01.25 17:30