Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəli qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəli qəza qurbanlarının ailələri və yaxınları ilədir.
Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".