Qızmar hava diskomfort yaradacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı ilə görüşüb  |     13:16 "Zirə" Türkiyədə növbəti yoldaşlıq görüşünü keçirəcək  |     13:02 Paşinyan: "Ermənistan və Azərbaycan sülh sazişini paraflaya bilər"  |     12:23 İran sərhədində əfqanlar güllələndi: Ölən və yaralanan var  |     12:06 Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı CİNAYƏT İŞİ AÇILDI  |     12:02 Bakının mərkəzində BMW yandı - Video  |     11:57 Rusiyada rüşvətdən imtina edən polislərə kompensasiya verilməsinə başlanılıb  |     11:46 İbtidai sinif müəllimi vəfat etdi - FOTO  |     11:33 Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO  |     11:31 Sabirabadda ARVAD ƏRİNİ döydü  |     11:31 Goranboyda yeyib-içən dostlar əlbəyaxa davaya çıxdılar: Xəsarət alanlar var  |     11:17 Yekaterinburqda qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı  |     22:44 Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – VİDEO  |     22:37 Bakıda müştəri ofisianta əxlaqsızlıq etdi, administrator bıçaqlandı  |     22:31 "Neftçi" daha bir futbolçunun transferini açıqlayıb  |     22:26 Moskvanın küçələri su altında qaldı – ANBAAN VİDEO  |     22:22 Hacıqabul və Bərdədə avtomobil yanıb  |     22:18 Avropada qızılcaya yoluxma sürətlənib  |     22:13 Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi- Qətlə görə tutuldu (FOTO)  |     22:06 Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?  |    

Qızmar hava diskomfort yaradacaq

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 145 27.06.18 13:15