Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İran sərhədində əfqanlar güllələndi: Ölən və yaralanan var

16.07.2025 12:23 690
İran sərhədində əfqanlar güllələndi: Ölən və yaralanan var
İran-Əfqanıstan sərhədi yaxınlığında İran hərbi qüvvələrinin açdığı atəş nəticəsində bir əfqan vətəndaşı ölüb, daha biri isə yaralanıb.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı Əbdulmannan Nurzehi Hirmənd dairəsi yaxınlığındakı sərhəd divarı boyunca İran hərbçiləri tərəfindən xəbərdarlıq edilmədən atəşə tutulub. O, hadisə yerində həlak olub. Yaralanan digər əfqanın ayağından güllə aldığı bildirilir, lakin kimliyi və vəziyyəti açıqlanmayıb.

Əbdülmannanın əslən Əfqanıstanın Fərəh əyalətindən olduğu, ancaq ailəsinin İranın Zahedan şəhərində yaşadığı bildirilir. O, daha öncə İrandan deport olunub, amma bu dəfə geri dönərək ailəsini Əfqanıstana aparmaq istəyib. Cəsədi bir neçə saat sərhəd zonasında qalıb və bazar ertəsi təsadüfən yoldan keçənlər tərəfindən tapılaraq Nimruz şəhərinə aparılıb.

Son xəbərlər