Mojo.az Banner
17:25 "ChatGPT"nin fəaliyyətində nasazlıq yarandı  |     17:23 Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılacaq?  |     17:18 Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı  |     17:07 "Real Madrid"in əsas transfer hədəfi bəlli oldu  |     16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |     16:09 Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA  |     15:58 Azərbaycanda futbol klubu 400 min manata SATILDI  |     15:22 Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM  |     15:15 Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub  |     15:10 "Real"ın 100 milyon avroluq təklifi rədd edildi  |     15:02 Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - Video  |     15:01 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunub  |     14:56 Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı  |     14:51 "Əl-Hilal" 64 milyon avroluq transfer etdi  |     14:43 Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb  |     14:38 Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı  |     14:30 Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ  |     14:24 Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub  |    
Left Banner
Right Banner

Azərbaycan-İran sərhədində atışma: Ölən var - FOTO

25.11.2019 11:53 2 028
Azərbaycan-İran sərhədində atışma: Ölən var - FOTO
Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran ərazisinə qaçıb.

Hadisə yerində bir ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd bıçaq, iki ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.





скачать dle 11.3
Mojo.az Banner