Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?

15.07.2025 22:06 702
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
"Düşünürəm ki, bu statistika ciddi şəkildə araşdırılmalıdır və bununla bağlı cəmiyyətə açıqlama verilməlidir. Cəmiyyət yaranmış problemin kökündə nəyin durduğunun bilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov attestat qiymətləri əla olan abituriyentlərin qəbul imtahanlarında 40-dan aşağı bal toplaması ilə bağlı statistikadan danışarkən deyib.

Deputat səbəb kimi bu məsələdə ilk versiyanın məktəblə şagirdin ailəsi arasında iş birliyinin olduğunu hesab edir:

"İlkin nəzərə çarpan odur ki, bu gün burada hansısa bir iş birliyi və hansısa birgə fəaliyyət var. Ona görə biz bu kimi məsələləri ciddi nəzarətdə saxlamalıyıq".

Deputat əslində bunun narahatedici və çox ciddi statistika olduğunu xatırladıb:

"Ona görə problemə diqqətlə yanaşmalıyıq. Düşünürəm ki, bu sıradan və sadə bir məsələ deyil. Doğrudan da düşündürücü bir məsələdir ki, bu necə olub. Nəinki bəzi, bir çox məktəblərimizdə qiymətlər real yazılmır. Hansısa formada məktəblə şagirdin ailəsi arasında anlaşma olub. Anlaşma nəticəsində belə bir hal yaranıb. İlkin olaraq görünən budur".

Xatırladaq ki, bu il keçirilən qəbul imtahanlarında attestat qiymətləri əla olan abituriyentlər qəbulda 40-dan aşağı bal toplayıblar.

Ana dili fənnindən attestat qiymətləri "əla” olan 38 377 abituriyentin 1 392 nəfəri imtahanda cəmi 0–40 bal toplayıb. Onların 334 nəfəri isə, ümumiyyətlə, 0–20 bal intervalında nəticə göstərib.

Riyaziyyat fənni üzrə vəziyyət daha da kəskindir. Bu fəndən əlaçı attestatı olan 26 362 abituriyentin 5 114 nəfəri yalnız 0–40 bal toplaya bilib. Onlardan 1 257 nəfərin nəticəsi isə 0–20 bal aralığında qalıb.

Xarici dil fənni üzrə isə 0–40 bal aralığında nəticə göstərənlərin sayı 4 909 nəfərdir. Ümumilikdə, bu fənn üzrə 33 740 nəfərin attestat qiyməti "əla” olsa da, onlardan 1 123 nəfəri yalnız 0–20 bal toplaya bilib.

Son xəbərlər