Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi |
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış imtahanından "iki" alanlara attestat veriləcək?

16.04.2025 15:41 936
Buraxılış imtahanından
Hər il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri açıqlandıqdan sonra zəif qiymət almış abituriyentlər attestat ala bilməmələrindən dolayı narahatlıq keçirirlər.

Son günlərdə bu məsələ yenidən gündəmə gəlib.

Bəzi valideynlər hesab edir ki, uşaqları buraxılış imtahanından zəif nəticə əldə etdikləri üçün attestat ala bilməyəcəklər.

Məsələ ilə bağlı oxu.az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, buraxılış imtahanının nəticəsi şagirdin attestat almamasına səbəb ola bilməz:

"Təhsil haqqında" qanunda şagirdin buraxılış imtahanı nəticəsinin attestat alıb-almamasına təsir etməsinə dair heç nə yoxdur. Sovet dövründə belə bir anlayış olduğuna görə, valideynlər həmin dövrün təhsilini aldıqları üçün indi də övladlarının attestat ala bilməyəcəyini düşünürlər".

Onun sözlərinə görə, sinifdə qalma anlayışı dərsləri kütləvi şəkildə buraxan şagirdə şamil olunur:

"Pedaqoji şura tərəfindən dərsləri buraxan şagirdin sinifdən sinfə keçirilməsi uyğun görülmədiyi üçün sinifdə qalması ilə bağlı qərar verilir. Pedaqoji şura şagirdin builki tədris planını mənimsəmədiyi üçün növbəti tədris ilində yenidən eyni sinifdə oxuyaraq dərsləri mənimsəyəcəyi qənaətinə gəlir".

Ekspert bildirib ki, qiymətə görə attestatdan məhrumetmə deyə bir anlayış yoxdur.

"Abituriyent buraxılış imtahanında iki qiyməti alarsa, onun attestat qiyməti 10-11-ci siniflərin illik göstəricisi əsasında hesablanaraq yazılır. Məsələn, əgər şagirdin 10-cu sinifdə illik qiyməti 5, 11-ci sinifdə 4 olarsa, buraxılışdan da 2 qiymət aldıqda bu üç qiymətdən ortalama çıxarılıb attestata yazılmalıdır. Şagirdin qiymətləri iki olsa belə, ona yenə də attestat verilir. Lakin attestatda qiymət yerinə 2 alması qeyd olunur. Heç bir məktəb rəhbərliyi bir fəndən illik ortalaması 2 olan şagirdi attestatdan məhrum edə bilməz.

Buna görə də, bəzi məktəb rəhbərliyinin valideynləri təşvişə salması əsassızdır. Bu kimi hallar ilə qarşılaşan valideynlər mütləq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) və yaxud da Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər".

Son xəbərlər