Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi- Qətlə görə tutuldu (FOTO)

15.07.2025 22:13 762
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi- Qətlə görə tutuldu (FOTO)
2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.
 
Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs dörd il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.
 
Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü "peyğəmbər" elan edib, onkoloji xəstələri üç saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt "müalicə etdiyi" qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.
 
Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.
 
Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.




Geridə qalan dörd il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır.
 
Fotoda: Cahangir Ramazanov

Fotoda: Ülfət Höccətov

Son xəbərlər