Generaldan mitinq xəbərdarlığı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Devid Bekhem Rusiyada öz ticarət nişanını qeydiyyatdan keçirdi  |     22:57 Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər  |     22:52 Bakıda 16 dəfə xəbərdalıq edilən taksi sürücü 17-cı dəfə saxılanıldı - Həbs olundu  |     22:45 Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək  |     22:40 İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı - Məhkəmə qərarı  |     22:34 Ukraynanın Kurskda yeni uğurlu hücumunun necə keçdiyi açıqlandı (VİDEO)  |     22:29 Son zamanlar Azərbaycanda yayılan xəstəliklərin adları açıqlandı  |     22:29 “turbo.az”ın sahibi "Hepsiburada"nın İdarə heyətinin sədri seçilib  |     22:25 “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi - Yenilənib  |     22:23 Yeni "Facebook" gəlir? - 30 yaşlı sahibkar 700 min dollara yaxın investisiya topladı  |     22:16 AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzaladı  |     22:11 Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? - VİDEO  |     22:04 Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? - Video  |     21:58 Bu şirkətlərə cinayət işi açıldı  |     21:52 32 ildir dərsə qayıqla gedib-gəlir  |     21:47 Sumqayıtda avtobus sürücüsü döyüldü  |     21:39 Planetlərin ikinci “böyük paradı” olacaq  |     21:33 Şəmkirdə məktəb təmirdən sonra istifadəyə verildi  |     21:26 Bibərin faydaları nələrdir?  |     21:21 Burak Özçivit Kremldə çıxış etdi - Video  |    

Generaldan mitinq xəbərdarlığı

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Median.Az
-ın APA-ya istinadən verdiyi xəbərə görə, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək.

Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.

Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 752 09.03.18 11:54