Vahid Mustafayev də Mirşahinin yanında olacaq? - TV-də çalışacaq şəxslərin adları » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:26 Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır  |     20:21 Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir  |     20:13 Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib  |     20:08 Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb  |     20:01 Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub  |     19:56 Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək  |     19:49 Yunanıstan sahillərində zəlzələ baş verib  |     19:43 Alessandro Nesta 7 həftə əvvəl qovulduğu kluba qayıdıb  |     19:37 Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub  |     19:30 İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb  |     19:22 İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib  |     19:17 Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib  |     19:10 Çindən Əfqanıstana dəmir yolu marşrutu istifadəyə verilib  |     19:04 Lenin mavzoleyi iki aylıq bağlanacaq  |     19:00 Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq  |     18:59 Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  |     18:58 Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     18:58 Türkiyə ordusu Suriyada əməliyyat keçirib, üç terrorçu öldürülüb  |     18:57 Fransada məlumat emalı mərkəzləri və süni intellekt infrastrukturuna 20 milyard avro yatırılacaq  |     18:56 Sabah Bakıda hava yağmursuz olacaq  |    

Vahid Mustafayev də Mirşahinin yanında olacaq? - TV-də çalışacaq şəxslərin adları

Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün komandanı formalaşdırıb. TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.

Median.Az
xəbər verir ki, "Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:

Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu...

Hələlik baş redaktor və redaktorlar müəyyən olunmayıb.

Onu da bildiriblər ki, "Real” TV layihəsi Mirşahin Ağayevə məxsusdur və Vahid Mustafayev bu layihədə yer almayacaq.

Eyni zamanda, "Real” TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində yerləşdiyi məlum olub. 5 mərtəbəli binada yerləşən ofisdə son hazırlıq işləri görülməkdədir.

TV-nin yaxın günlərdə yayıma başlayacağı bildirilir. Qeyd olunur ki, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-ə məxsus köhnə avadanlıqları götürmək isə mümkün olmayıb. Məlum olduğu kimi, prokurorluq ANS-in qapısını möhürləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 553 06.03.18 13:29