Martın 16-da VACİB İCLAS: Bəzi nazirlik və komitələr ləğv edilə bilər - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |     16:02 45 azərbaycanlı Almaniyadan ölkəmizə qaytarıldı  |     15:59 Hərbi Prokurorluq: "Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb"  |     15:58 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     15:57 İsmayıllıda kafedə dava - Söyüşə görə tanışını bıçaqladı  |     15:56 Paşinyan Birləşmiş Ştatların vitse-prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  |     15:55 "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb  |     15:54 Bakıda icra məmuru qəza törətdi - Ölən var  |     15:53 Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA  |     15:50 Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi  |     15:49 Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi  |     15:48 Xərçəngdən xilas - Xəstəliyin son mərhələsində 100 faiz effektiv olan peyvənd hazırlandı  |     15:47 Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib  |     15:46 Türkiyədə KFC və "Pizza Hut"ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar  |     15:41 "DeepSeek" şirkəti saxta məlumatlarla bağlı xəbərdarlıq etdi  |     14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |    

Martın 16-da VACİB İCLAS: Bəzi nazirlik və komitələr ləğv edilə bilər - RƏSMİ

Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır.

Median.Az
-in modern.az-a istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması istiqamətində mütamadi olaraq işlər aparılır.

Son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib.

Bundan əlavə, aparılan islahatlar sırasında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına xidmət edən bir sıra digər tədbirlərin də icrası nəzərdə tutulur.

Nazirlər Kabinetinin hesabatı Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 389 06.03.18 13:02