Üç yaşlı Arzunun ölümünün səbəbləri açıqlandı – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu  |     22:57 Bakıdakı yeni park belə olacaq (VİDEO)  |     22:50 Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?  |     22:42 Məşhur tikinti şirkəti yarım milyon borca düşdü  |     22:36 Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib  |     22:29 "Golden Beach"də faciə: Cəryan vurub öldürdü  |     22:23 DGK Çin şirkətindən 3 milyonluq müşahidə avadanlığı alır  |     22:17 6 min manat müavinəti kimlər və necə ala bilər?  |     22:10 Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib  |     22:02 Arzu Əliyeva Leyla Əliyevanı təbrik etdi - VİDEO  |     21:55 Rusiyada iki azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO  |     21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |    

Üç yaşlı Arzunun ölümünün səbəbləri açıqlandı – FOTO

Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da, günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sumqayıt şəhər Məhkəməsində, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra hakimin qərarı ilə iş yenidən ekspertizaya göndərilib.

Ekspertiza işinə Respublikanın baş anestezioloqu Aydın Qədirovun rəhbərliyi ilə baxılmasına qərarı verilib.

Ekspertiza rəyi bir neçə gün öncə məhkəməyə və zərərcəkmiş şəxslərə təqdim olunub.

Rəyə görə, üç yaşlı Arzu Qurbanlının ölümündə birbaşa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan “Kolipsol” dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq - 150 mq dozada vena daxilinə yeritməsi anestioloji ağırlaşmaya səbəb olub.

Əməliyyatdan sonra qusmanın erkən və sonrakı profilaktikasını aparmayıb, xəstəyə dinamik nəzarəti həyata keçirməyib.

Müşahidə edilən qusma qeyd edilən dərman preparatının əks təsirindən yaranıb, qusuntu kütləsi tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olub.

Bildirilir ki, həmin tibbi pozuntularla Arzu Qurbanlının ölümü arasında birbaşa səbəbli əlaqələr vardır.

Növbəti məhkəmə prosesi 2018-ci il fevral ayının 14-ü, saat 10:00-da keçiriləcək.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 678 07.02.18 12:21