Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |     20:26 Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır  |     20:21 Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir  |     20:13 Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib  |     20:08 Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb  |     20:01 Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub  |     19:56 Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək  |     19:49 Yunanıstan sahillərində zəlzələ baş verib  |    

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb

Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-İSESKO" mükafatının qalibləri sırasına daxil olub.


Mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə görə töhfələrə görə təqdim edilir.

Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb.

Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb.

"Həmdan-İSESKO" mükafatının digər qalibləri arasında Yəmənin "Hədrəmaut" Fondu və Mərakeş İbtidai Təhsil Fondu var.

Qaliblərin mükafatlandırılması yaxın vaxtlarda rəsmi mərasimdə baş tutacaq və burada onların İslam dünyasında təhsilin dəstəklənməsi və təşviqi sahəsindəki nailiyyətləri qeyd olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 08.02.25 20:29