Gəncə Reabilitasiya Mərkəzində xəstə özünə xəsarət yetirib.
Orada müalicə alan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Mirkamil Vəlixanov əvvəlcə mərkəzdə başını divara vurub. Daha sonra isə özünü pilləkənlərdən atıb.
O, Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, M.Vəlixanov xəstəxananın reanimasiya şöbəsində ölüb.
Yaxınları M.Vəlixanovun döyülərək öldürüldüyünü iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.