BDYPİ-dən piyadalara ciddi XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:47 Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb  |     17:47 Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yol qəzası zamanı qadın ölüb  |     17:46 ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib  |     17:45 Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib  |     17:44 KİV: Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib  |     17:33 Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər  |     17:29 "Kəpəz"dən ayrılan futbolçu Malta klubuna keçdi  |     17:27 Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi  |     17:26 Bəzi şərabların reklamı qadağan edilir  |     17:25 Bakıda bir nəfərdən hədə-qorxu ilə 100 min dollar tələb edən şəxslər SAXLANILDILAR  |     17:07 Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən XƏBƏR VAR  |     16:56 Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq  |     16:20 AAYDA-nın İdarə Heyətinin tərkibi genişləndirildi  |     14:50 Gömrük Akademiyasının tələbələri iki aydır təqaüdlərini ala bilmirlər  |     14:24 Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı  |     14:01 Azərbaycanda alim qəfil ürək çatışmazlığından VƏFAT EDİB  |     13:57 BDYPİ-dən piyadalara ciddi XƏBƏRDARLIQ  |     13:45 ABŞ-dəki aviaqəzanın videosunu sızdıran iki nəfər saxlanıldı  |     13:34 Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:11 İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb  |    

BDYPİ-dən piyadalara ciddi XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəsizliyi, həm də digər yol istifadəçiləri üçün böyük risk yaradır.

Bildirilib ki, piyadaların məsuliyyətsizliyi aşağıdakı hallarda özünü daha çox göstərir:

1. Piyadaların qırmızı işıqda və ya sürücülər üçün yaşıl işıq yandığı zaman keçidlərdən keçmək;

2. Yolu qaçaraq, telefonla məşğul olaraq və ya ətrafa diqqət yetirmədən keçmək. Xüsusilə uşaqlar və yaşlılar arasında bu cür hallar tez-tez müşahidə olunur;

3. Piyadaların təyin olunmuş keçidlərdən kənarda, eyni zamanda xüsusi təhlükəli hesab olunan yüksək sürətli və ya çox zolaqlı avtomobil yollarından keçmək;

4. Alkoqolun təsiri altında yola çıxmaq;

5. Gecə vaxtı tünd rəngli paltarlar geyinərək işıqlandırılmamış yollarda hərəkət etmək. Bu hal piyadaların görünməz olmasına səbəb olur;

BDYPİ həyat və təhükəsizliyi qorumaq üçün aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:

1. Yolu yalnız təyin olunmuş yerlərdən keçin;

2. Qırmızı işıqda dayanın və yaşıl işıqda keçin. Yolu keçərkən telefonla məşğul olmayın və ətrafa diqqət yetirin;

3. Gecə vaxtı işıq əks etdirən geyimlərə üstünlük verin;

"Unutmayın ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Piyadalar və sürücülər qarşılıqlı hörmət və diqqətlə davransalar, qəzaların qarşısını almaq mümkündür", - deyə BDYPİ-dən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 04.02.25 13:57