Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi

Oktyabrın 22-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yolu kəsən şəxslər həbs ediliblər.

"Qafqazinfo" xəbər verir ki, qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü M.Hüseynov və T.Məmmədli (şərti ad və soyad) inzibati məsuliyyətə cəlb olunublar.

Belə ki, həmin şəxslər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb və əraziyə polislər gəliblər.

Yolu kəsən şəxslər saxlanılıblar və barələrində protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsi hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıqda təqsirli bilib. Onlara 7 sutka həbs cəzası verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 25.10.24 14:07