2025-ci ildə iki Günəş və iki Ay tutulması baş verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

2025-ci ildə iki Günəş və iki Ay tutulması baş verəcək

Gələn il iki Günəş və iki Ay tutulması baş verəcək.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a bildirilib.

Vurğulanıb ki, 2025-ci ilin 1-ci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma martın 29-da saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-də saat 21:29:32-də başlayıb, sentyabrın 22-də saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-də saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-də saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 23.10.24 17:12